Məhz biz, Bakıda ilk olaraq, handmade şokoladın hazırlanmasına başlamışıq.
Və 7 ildən artıqdır ki, işimizi səy və məhəbbətlə inkişaf etdiririk. Bu müddət ərzində biz şokolad portretlər, buketlər, şirkət loqoları və sair məhsullar daxil olmaqla bir çox yeniliklər ilə xidmətlər siyahımızı genişləndirdik.
Geniş təcrübə, yüksək keyfiyyətli xammal və hər zövqə uyğun formalar
Bunlar bizə müştərilərimizin hər istəyinə uyğunlaşmağa, istənilən həcmdə ən mürəkkəb sifarişləri belə yüksək keyfiyyətlə və vaxtında yerinə yetirməyə imkan verir.
İşimizdə yalnız təbii Belçika şokoladından istifadə edirik
Yaradıcılığ hissimiz isə sadəcə şokolad deyil, əsl sənət əsərlərinin yaradılmasına kömək edir.
Müştəri hər zaman haqlıdır!
Buna görə də hər bir sifarişə maksimum məsuliyyətlə yanaşırıq. Sizin hər bir ideyanızı məmnuniyyətlə həyata keçirəcəyimizdən əmin ola bilərsiniz.